"Qalatasaray" Mertensə əvəzləyici tapıb

Bu mövsüm 25-ci çempionluğu rəsmiləşdirən "Qalatasaray" yeni sezonda da fanatlarını sevindirmək niyyətindədir.

Sportline.az xəbər verir ki, İstanbul nəhəngi bu məqsədlə heyyətə əl gəzdirməkdədir.

Dris Mertensin gedişi ilə yarımmüdafiənin mərkəzində yaranan boşluğu doldurmağa çalışan istanbullular bu məqsədlə Xorvatiyaya üz tutublar.

Söhbət Zaqreb "Dinamo"sunun gənc ulduzu Martin Baturinadan gedir.

"Sabah" qəzetində yayılan məlumata görə, baş məşqçi Okan Buruk onun xidmətində maraqlı olduğunu klub rəhbərliyinə bildirib. 

Qeyd edək ki, zaqreblilər 22 yaşlı futbolçu üçün 15 milyon avro tələb edirlər.