"Qalatasaray" Morata ilə bağlı qərar verib
"Qalatasaray" Alvaro Moratanı heyətdə saxlamaq niyyətindədir.
Sportline.az xəbər verir ki, ispaniyalı hücumçu inamlı çıxışı ilə klub rəhbərliyinin etimadını doğruldub.
İstanbul nəhəngi dövrələrarası fasilədə "Milan"dan icarəyə götürdiyi futbolçunun xidmətindən gələn mövsüm də yararlanmaq qərarına gəlib.
"Milliyyet"də yer alan xəbərdə "Qalatasaray"ın Morataya 6 milyon avro məvacib təklif etdiyi bildirilir.
Qeyd edək ki, 32 yaşlı forvard "sarı-qırmızılı" formada meydana çıxdığı 13 oyunda 6 qol və 2 asist müəllifi olub.