"Qalatasaray" portuqaliyalı ulduza elçi düşüb

Mövsümü çempion kimi başa vuracaq "Qalatasaray" UEFA Çempionlar Liqasında da azarkeşlərini sevindirmək niyyətindədir.

Sportline.az xəbər verir ki, istanbullular artıq heyətin gücləndirilməsi istiqamətində hərəkətə keçiblər.

"Fotomaç"ın məlumatına görə, klub rəhbərliyinin transfer siyahısında yer alanlardan biri də Bernardo Silvadır.

"Mançester Siti"nin yarımmüdafiəçisi Dris Mertensə əvəzləyici kimi hədəfə alınıb.

Mançesterlilərlə bir illk müqaviləsi qalan Silvanın da bu keçidə müsbət baxdığı bildirilir.

Qeyd edək ki, "Qalatasaray" Bernasdo Silvaya 3+1 sistemi ilə təklif ünvanlayıb.