"Qalatasaray" serb qapıçının transferinə hazırlaşır
Ardıcıl çempionluqlarla fanatlarını sevindirən "Qalatasaray" bu mövsüm UEFA Çempionlar Liqasında da uğurla çıxış etmək niyyətindədir.
Sportline.az xəbər verir ki, Fernando Musleranın gedişindən sonra "1 nömrə" axtarışına çıxan İstanbul Nəhəngi istədiyini İngiltərədə tapıb.
Söhbət "Çelsi"nin serbiyalı qolkiperi Corc Petroviçdən gedir.
Mövsümü icarə əsasında "Strasbur"da keçirən qapıçı istanbulluların əsas transfer hədəflərindən biridir.
İstanbulluların bu futbolçu üçün "Çelsi"yə 17 milyon avro təklif etdiyi bildirilir.