"Qalatasaray" Terimlə bağlı xəbəri təkzib etdi

"Qalatasaray" klubun vitse-prezidenti Abdurrahim Albayrak və baş məşqçi Fatih Terim haqda açıqlama yayıb.

Sportline.az xəbər verir ki, klub rəsmi saytı vasitəsi ilə ilə koronavirusa yoluxan hər iki şəxsin sağalması ilə bağlı məlumatları təkzib edib. Albayrak və Terimin müalicəsinin xəstəxanada davam etdirildiyi bildirilib.

Xatırladaq ki, Türkiyə mətbuatı dünən klubun idarə heyətinin üzvü Tunc Ünerin Terim və Albayrakın son koronavirus testinin neqativ çıxdığını açıqladığı yazılmışdı.