"Qalatasaray" "transfer bombası"nın astanasında

Bu mövsüm 25-ci çempionluğunu rəsmiləşdirən "Qalatasaray" gələn sezonun hazırlığına başlayıb.

Sportline.az xəbər verir ki, İstanbul nəhənginin hədəfindəki futbolçulardan biri də İlkay Gündoğandır.

"Cim Bom" "Mançester Siti"nin yarımmüdafiəçisini heyətə qatmaqda israrlıdır.

İstanbulluların 34 yaşlı futbolçu üçün illik 3,5 milyon avroluq təklif ünvanladığı bildirilir.

Təcrübəli futbolçu bununla yanaşı imza üçün nəzərdə tutulan 2 milyon avroya da sahib çıxa bilər.

Qeyd edək ki, İlkay Gündoğanın mançesterlilərlə 2026-cı ilin iyununadək müqaviləsi var.