"Qalatasaray" yeni transferi rəsmiləşdirdi

"Qalatasaray" Radamel Falkaonun keçidini rəsmiləşdirib.

Sportline.az klubun saytına istinadən xəbər verir ki, kolumbiyalı hücumçu ilə 3 illik müqavilə imzalanıb. Bu transfer üçün "Cim-Bom" təzminat ödəməyib. 33 yaşlı oyunçunun "Qalatasaray"da oynayacağı 3 mövsümün hər birində 5 milyon avro maaş alacağı bildirilib.

Qeyd edək ki, 2013-cü ildən “Monako”da çıxış edən Falkao “Portu”, “Atletiko”, “Mançester Yunayted” və “Çelsi” kimi klublarının da formasını geyinib.