"Qalatasaray"da 5 illik yeni müqavilə

"Qalatasaray" 21 yaşadək futbolçulardan ibarət komandasının kapitanı ilə yeni müqavilə imzalayıb.

Sportline.az xəbər verir ki, 20 yaşlı müdafiəçi daha 5 il "sarı-qırmızılar"ın şərəfini qoruyacaq.

Qeyd edək ki, klub rəhbərliyi gənc futbolçunun gələcək üçün böyük potensialının olduğunu vurğulayıb.