"Qalatasaray"da ayrılıq
25-ci çempionluğu rəsmiləşdirən "Qalatasaray" növbəti mövsümə hazırlığı davam etdirir.
Sportline.az xəbər verir ki, istanbullular heyətə əl gəzdirməkdədirlər.
Yeni transferlərlə yanaşı yola davam edilməyəcək futbolçuların da komandadan gedişi rəsmiləşməkdədir.
Onlardan biri təcrübəli futbolçulardan olan Kerem Demirbaydır.
"Fotomaç"ın məlumatına görə, 31 yaşlı yarımmüdafiəçi yaxın günlərdə "Eyüpspor"la müqavilə imzalayacaq.
Qeyd edək ki, Demirbay "Qalatasaray"la iki çempionluq bir kubok və bir Super kubok sevinci yaşayıb.