"Qalatasaray"da ayrılıq gözlənilir

"Qalatasaray"ın müdafiəçisi Berkan Kutlu yeni mövsümə Yunanıstan Super Liqasında başlaya bilər.

Sportline.az "Sabah" qəzetinə istinadən xəbər verir ki, 27 yaşlı futbolçu “Panatinaikos”dan təklif alıb.

Afina klubu türk oyunçunu bir illik icarəyə götürmək istəyir.

Bu müddət tamamlandıqdan sonra isə onu sərbəst agent kimi heyətinə qatmaq niyyətindədir. Kutlunun “Qalatasaray”la müqaviləsi 2026-cı ilin iyun ayının 30-dək qüvvədədir. Berkan daha əvvəl “Sion”, “Alanyaspor” və “Cenoa” komandalarında oynayıb.