"Qalatasaray"da ciddi itkilər

“Qalatasaray”ın futbolçuları Rayan Babellə Fernando Muslera sıradan çıxıb.

Sportline.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. Hər iki oyunçu milli komandalarının düşərgələrində zədələnib.

Babel Hollandiya, Muslera isə Uruqvay millisinin heyətindən çıxarılıb.

Onların durumuna tam olaraq, Türkiyədə aparılacaq tibbi müayinədən sonra aydınlıq gətiriləcək.