"Qalatasaray"da daha iki ayrılıq
Mövsümü çempion kimi başa vuran "Qalatasaray" yeni sezonun hazırlıqlarını davam etdirir.
Sportline.az arspor.com.tr-yə istinadla xəbər verir ki, heyətdə ciddi dəyişikliklər gözlənilir.
Baş məşqçi Okan Burukun xidmətində maraqlı olmadığı futbolçular siyahısında Kerem Demirbayla Berkan Kutlunun da adı var.
Hər iki futbolçu ilə yollar ayrılacaq.
Qeyd edək ki, onlardan əvvəl karyerasını başa vuran Dris Mertenslə Vətəninə dönmək qərarına gələn Fernando Musleranın gedişi bəlli idi.