"Qalatasaray" 14 milyon avro təklif edir

"Qalatasaray" Yasine Brahimi ilə heyətini gücləndirmək niyyətindədir.

Sportline.az xəbər verir ki, Türkiyə mətbuatında yayılan xəbərlərə görə "Cimbom" futbolçunun 4 illik xidmətində maraqlıdır.

"Qalatasaray" rəhbərliyinin ümumilikdə 14 milyon avro məvacib təklif etdiyi bildirir. Qeyd edək ki, "Portu" ilə müqaviləsinin müddəti bitən Brahimi azad agent statusu daşıyır.