"Qalatasaray"dan 6-cı Superkubok

Türkiyə Superkubokunun qalibi müəyyənləşib. 

Sportline.az xəbər verir ki, ötən mövsümü “qızıl dubl”la başa vuran “Qalatasaray” və Türkiyə Kubokunun finalçısı “Akhisarspor” qarşılaşıb.

Ankarada keçirilən oyunda “Qalatasaray”  Yunus Belhandanın qolu ilə (38-ci dəqiqə) 1:0 qalib gələrək növbəti titulunu qazanıb.
 
Qeyd edək ki, "Qalatasaray" tarixində 6-cı dəfə Superkubokun qalibi olub.