"Qalatasaray"dan Azərbaycan paylaşımı

Avropa Liqasının 2-ci təsnifat mərhələsində qarşılaşacaq "Neftçi" və “Qalatasaray” “Tvitter”də mesajlaşıb.

Sportline.az xəbər verir ki, əvvəlcə Bakı təmsilçisi "Sizi gözləyirik, "Qalatasaray", We are waiting for you, "Qalatasaray" paylaşımını edib. İstanbul klubu isə buna cavab olaraq  Azərbaycan dilində "AzərbayCAN’da görüşərik. Yaxşı oynayan qalib gəlsin" yazıb.

Qeyd edək ki, Avropa Liqasında 2-ci təsnifat mərhələsinin oyunları sentyabrın 17-də olacaq. "Neftçi" “Qalatasaray”ı Bakıda qəbul edəcək.