"Qalatasaray"dan növbəti transfer

Yeni mövsümə hazırlıqlarını davam etdirən "Qalatasaray" daha bir futbolçunu heyətinə qatıb. SportLine.az xəbər verir ki, "sarı-qırmızılar" "Vest Hem"in futbolçusu Sofian Fequli ilə güclənib.

S.Fequlinin bu gecə İstanbula gələcəyi gözlənilir. Tibbi müayinədən keçdikdən sonra 27 yaşlı futbolçu ilə müqavilə imzalanacaq.

Qeyd edək ki, əlcəzairli futbolçu ötən mövsüm “Vest Hem”in heyətində 28 oyunda 4 qol vurub.