"Qalatasaray"dan qələbə
“Qalatasaray” təlim-məşq toplanışında ilk yoxlama görüşünü keçirib.
Sportline.az xəbər verir ki, rəqib bir neçə gün öncə “Fənərbağça”ya 0:4 hesabı ilə uduzan “İstanbulspor” olub.
Hesab matçın ilk hissəsində açılıb. Mbaye Dian 21-ci dəqiqədə fərqlənib. Qalan vaxtda hər iki komandanın hesabı dəyişmək üçün bir neçə imkanı olsa da, bu, baş verməyib.
Beləliklə, “Qalatasaray” ilk yoxlama oyununda minimal hesabla qalib gəlib.