"Qalatasaray"dan yeni transfer həmləsi
"Qalatasaray" yay transfer pəncərəsi dövründə heyətində ciddi dəyişikliklərə əl atacaq.
Sportline.az "Corriere dello Sport"a istinadən xəbər verir ki, "Fiorentina"nın argentinalı futbolçusu Lukas Beltran "Qalatasaray"ın transfer hədəfinə çevrilib.
24 yaşlı futbolçunun meneceri İstanbul klubu ilə danışıqlara başlayıb. O, bu mövsüm "Fiorentina"nın heyətində çıxış etdiyi 46 matçda 6 qol 6 məhsuldar ötürmə müəllifi olub.
Qeyd edək ki, Lukas Beltranın hazırkı dəyəri "Transfermarkt" portalına görə, 18 milyon avro olaraq qiymətləndirilir.