"Qalatasaray"ın 3 futbolçusu klubdan ayrılmaq niyyətindədir
Mövsümün fasiləsində "Qalatasaray"a transfer edilərək 1 illik müqaviləyə imza atan Alvaro Morata klubdan getmək istədiyini ifadə edib.
Sportline.az "Sabah" qəzetinə istinadən xəbər verir ki, o, İspaniyanın "Xetafe" klubunda oynamaq istədiyini açıqlayıb. Morata İspaniya millisinin düşərgəsində televiziyaya müsahibə verib. “İspaniyadakı növbəti komandanız hansı olacaq?” sualına Morata, “Xetafedə oynamaq üçün əlimdən gələni edəcəyəm” - deyə cavab verib.
Qeyd edək ki, bundan əvvəl "Qalatasaray"la müqaviləsi başa çatan belçikalı futbolçu Dris Mertens klubla yeni müqavilə imzalamayıb.
O, "Qalatasaray"dan ayrılıb. Viktor Osimhenin də “Əl-Hilal” klubu ilə müqavilə imzaladığı irəli sürülür.