"Qalatasaray"ın çempionluq bayramında Terim üçün yeni müqavilə

Türkiyə Superliqasının qalibi "Qalatasaray" çempionluğu bayram edib.

Sportline.az xəbər verir ki, doğma meydanda keçirilən tədbirdə "Qalatasaray"ın futbolçuları, məşqçiləri, prezidenti və digər nümayəndələri fəxri kürsüyə dəvət olunublar.

Çempionluğu qeyd edən zaman klub prezidenti Mustafa Çingiz baş məşqçi Fatih Terimlə daha 5 illik müqavilə imzalayıb.