"Qalatasaray"ın əfsanəsi istefa verdi

Türkiyənin "Antalyaspor" klubu ilə baş məşqçi Bülənt Qorxmazın yolları ayrılıb. 

Sportline.az xəbər verir ki, 50 yaşlı mütəxəssis bu haqda qərarı özü açıqlayıb.

Qeyd edək ki, "Antalyaspor" 11 turdan sonra 11 xalla yarış cədvəlinin 15-ci pilləsində qərarlaşıb.

2009-2010 mövsümündə "Bakı" komandasını da çalışdıran Qorxmaz, ötən mövsümdən "Antalyaspor"un sükanı arxasında idi.