"Qalatasaray"ın futbolçusu Bundesliqada

"Qalatasaray"ın futbolçusu Ozan Kabakın "Ştutqart"a keçidi rəsmiləşib. SportLine.az xəbər verir ki, bu barədə Bundesliqa klubunun rəsmi saytı məlumat yayıb.

18 yaşlı müdafiəçi ilə 2024-cü ilin yayına qədər müqavilə imzalanıb. “Ştutqart” bu transfer üçün qarşı tərəfə 11 milyon avro ödəyib.

Qeyd edək ki, O.Kabak bu mövsüm "Qalatasaray"ın klubun heyətində 17 oyunda meydana çıxıb.