"Qalatasaray"ın futbolçusunun çənəsi qırıldı

“Qalatasaray” ciddi itki ilə üzləşib.

Qol.az klubun saytına istinadən xəbər verir ki, Yunes Belhanda əməliyyat olunub.

Türkiyə Superliqasının 4-cü turunda “Kasımpaşa” ilə görüşdə rəqib futbolçusu ilə toqquşan mərakeşli yarımmüdafiəçinin çənəsi qırılıb.

Bu gün əməliyyat olunan futbolçunun 3 həftə meydana çıxa bilməyəcəyi məlum olub.

Qeyd edək ki, Belhanda ilk üç turun hamısına 90 dəqiqə meydanda olub.