"Qalatasaray"ın heyətində yeni futbolçu

"Qalatasaray" klubu qış fasiləsində ilk keçidi reallaşıdırıb.

Sportline.az xəbər verir ki, istanbullular Almaniyanın "Leyptsiq" klubundan Marselo Saraççini heyənə qatıblar.

21 yaşlı argentinalı yarımmüdafiəçi 1,5 illik icarəyə götürülüb.

Qeyd edək ki, Saraççinin "Leyptsiq"lə 2023-cü ilin yayına qədər müqaviləsi var.