''Qalatasaray''ın müdafiə planı
''Qalatasaray'' yeni mövsümün hazırlıqlarını davam etdirir.
Sportline.az xəbər verir ki, Türkiyə çempionu müdafiə üçün 3 futbolçu ilə danışıqlar aparır.
PSJ-dən ayrılmaq istəyən Milan Şkriniar Türkiyədə qala bilər.Slovakiyalı müdafiəçi ilə ''Qalatasaray'' yaxından maraqlanır.
Digər namizəd ''Milan'' forması geyinən S.Pavloviçdir.Futbolçu Çempionlar Liqasında çıxış etmək istəyir.
Sonuncu müdafiəçi isə ''Konyaspor''da çıxış edən Adil Demirbağdır.
Qeyd edək ki, ''Qalatasaray'' gələn mövsüm Çempionlar Liqasında iştirak edəcək.