"Qalatasaray"ın planı baş tutmadı
Heyəti gücləndirməyə çalışan "Qalatasaray" Leroy Sane ilə yanaşı daha bir neçə ulduz futbolçunu hədəfə alıb.
Sportline.az xəbər verir ki, həmin siyahıda xorvatiyalı Martin Baturina idi.
Türkiyə mətbuatında yayılan xəbərlərə görə, istanbulluların bu planı baş tutmayıb.
Mertensin yerinə nəzərdə tutulan transfer alınmayacaq.
Belə ki, gənc ulduzun İtaliyanın "Komo" klubu ilə anlaşdığı bildirilir.
Qeyd edək ki, "Qalatasaray" onun üçün Zaqreb "Dinamo"suna 20 milyon avroluq təklif ünvanlamışdı.