"Qalatasaray"ın prezidenti xəstəxənada

"Qalatasaray"ın prezidenti Mustafa Cengiz xəstəxanaya yerləşdirilib.

Sportline.az DHA-ya istinadən xəbər verir ki, halsızlıq və yorğunluqdan şikayətlənən klub rəhbərindən dərhal koronavirus testi götürülüb.

Testin nəticəsi mənfi çıxıb. Daha sonra isə M. Cengizə qan köçülürüb. Onun gələn həftənin bazar ertəsinə qədər xəstəxanada qalacağı bildirilib.