"Qalatasaray"ın ulduzu "Renn"də
Türkiyənin "Qalatasaray" klubu yayda "Roma"dan 1 illik icarəyə götürdüyü Stiven Nzonzinin müqaviləsini ləğv edib.
Sportline.az xəbər verir ki, fransalı futbolçunun sözləşməsinə qarşılıqlı razılaşma əsasında xitam verilib. 31 yaşlı yarımmüdafiəçi mövsümün sonuna qədər Fransa I Liqa təmsilçisi "Renn"də icarə əsasında oynayacaq.
Fransa millisinin üzvünün "Roma" ilə müqaviləsi 2022-ci ilin yayına qədərdir.