"Qalatasaray"ın yeni hədəfi
Leroy Sane ilə razılığa gələn “Qalatasaray” növbəti ulduz futbolçunun keçidi üçün hərəkətə keçib.
Sportline.az "Sabah" qəzetinə istinadən xəbər verir ki, İstanbul təmsilçisi həm Türkiyə millisində, həm də “İnter” klubunda çıxış edən yarımmüdafiəçi Hakan Çalhanoğlunu heyətinə qatmaq niyyətindədir.
“Sarı-qırmızılılar” bu transfer üçün İtaliya klubuna 30 milyon avroluq təklif irəli sürüb.
Qeyd edək ki, Hakan özü də "Qalatasaray" azarkeşidir və dəfələrlə bu klubda oynamaq istədiyini dilə gətirib.