"Qalatasaray"ın yeni hədəfi - Fellaini

Qış transfer pəncərəsində heyətini gücləndirməyi planlaşdıran "Qalatasaray" Maruan Fellaininin xidmətində maraqlıdır.

SportLine.az "Akşam"a istinadən xəbər verir ki, belçikalı futbolçu "Mançester Yunayted"də xoşbəxt deyil. Hazırda "qırmızı şeytanlar"a rəhbərlik edən Ole Qunnar Solskyaer də yarımmüdafiəçini komandadan göndərmək barədə düşünür.

Məlumata görə, "Qalatasaray" rəhbərliyi maliyyə feyr-pleyinə riayət etmək üçün, ilk növbədə, futbolçu satmalıdır. Bunu edə bilsə, Belçika millisinin futbolçusu karyerasını Super Liqada davam etdirə bilər.

Qeyd edək ki, M.Fellaininin "Mançester Yunayted"lə 2020-ci ilədək müqaviləsi var.