Qalmaqallı futbolçu özünü doğrultmaqdadır
“Mançester Yunayted”dən icarə əsasında “Xetafe”yə keçən Meyson Qrinvud diqqqəti özünə cəlb etməkdədir.
Sportline.az xəbər verir ki, 22 yaşlı futbolçunun formasını geyindiyi “Xetafe” İspaniya kubokunun 1/16 final mərhələsində “Tardienta” komandasını 12-0 hesabı ilə məğlub edib.
Bu görüşdə Qrinvud dubla imza atıb.
Qeyd edək ki, İngiltərədə məhkəmə qalmaqallarında adı hallanan Meyson Qrinvud baş məşqçi Erik Ten Haqın tələbi ilə icarəyə göndərilib.
O, “Xetafe” forması ilə çıxdığı 8 oyunda 3 qol, 1 asist müəllifidir.