"Qarabağ" Qarabağa səfər edib
“Qarabağ” futbol klubunun Füzuli, Şuşa və Xankəndiyə səfəri başlayıb.
Sportline.az xəbər verir ki, komanda səhər saatlarında Füzuli hava limanına gəlib, oradan isə Şuşaya yollanıb.
Səfərdə məqsəd yerli sakinlərlə görüşməkdir.
Proqramın ilk mərhələsində komanda Şuşa şəhərindəki 1 nömrəli məktəbə gəlib. Futbolçular şagirdlərlə görüşüb, avtoqraf verib və şəkillər çəkdiriblər. Daha sonra onlar məktəbin idman meydançasına baş çəkiblər.
Növbəti dayanacaq isə Qarabağ Universiteti olub.
Səfər Azərbaycan Gənclər və İdman Nazirliyi və “Qarabağ”ın təşəbbüsü ilə həyata keçirilir.