"Qarabağ" öz rekordunu təkrarladı

“Qarabağ” Azərbaycan Premyer Liqasının 2024/25 mövsümündə 28-ci qələbəsini qazanıb. Qurban Qurbanovun komandası sonuncu – 36-cı turda “Şamaxı”ya 1:0 hesabı ilə qalib gəlib.

Sportline.az PFL-in saytına istinadən xəbər verir ki, səfərdəki üç xal Ağdam klubunun bu çempionatda 28-ci qələbəsi olub.

Bununla da “Qarabağ” mövsüm ərzində qazanılan qələbə sayında tarixinin rekordunu təkrarlayıb. 12 qat ölkə çempionu iki il əvvəl – 2022/23 mövsümündə də 28 qələbə əldə edib.

Qeyd edək ki, Azərbaycan çempionatları tarixində yalnız bir dəfə daha çox qələbə qazanan komanda olub. “Neftçi” 1992-ci ildə 36 oyunda 30 dəfə qalib gəlib.