"Qarabağ"ın ilk yoxlama oyunundakı rəqibi müəyyənləşib

"Qarabağ"ın mövsümlərarası fasilədə keçirəcəyi ilk yoxlama oyununun vaxtı və rəqib müəyyənləşib.

Klubdan Sportline.az-a verilən məlumata görə, Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv Bakıda təşkil olunacaq təlim-məşq toplanışında "Zirə" ilə qarşılaşacaq.

Matç iyunun 30-da keçiriləcək. Qarşılaşma "Azersun Arena"da baş tutacaq.

Qeyd edək ki, iyunun 18-dən iyulun 2-dək Bakıda toplanış keçəcək "köhlən atlar" hazırlığını Avstriyada davam etdirəcək.