"Qarabağ"ın sabiq futbolçusu "Qalatasaray" yolunda

"Qarabağ"ın sabiq qapıçısı, hazırda "Erzurumspor"un formasını geyinən İbrahim Şehiç, karyerasını "Qalatasaray"da davam etdirə bilər.

Sportline.az "Fanatik"-ə istinadən xəbər verir ki, İstanbul təmsilçisinin əsas qapıçısı Fernando Musleranın zədələnməsi səbəbindən, klub yeni qolkiper axtarışlarına başlayıb.

Türkiyə Superliqasında oynayanlar arasında namizədlər sırasında İbrahim Şehiç, Fabien Farnole ("Yeni Malatyaspor"), Silviu Lunq ("Kayserispor") olduğu bildirilib.

"Qalatasarayın eyni zamanda Subaşiç ("Monako"), Klaudio Bravo ("Mançester Siti"), Antonio Adan ("Atletiko") və Co Hartla ("Bernli")  maraqlandığı iddia olunub.