"Qarabağ"ın sabiq futbolçusu Türkiyədə

“Qarabağ”ın sabiq futbolçusu Con Delarj karyerasını Türkiyənin “Boluspor” klubunda davam etdirəcək.
 
Sportline.az xəbər verir ki, kkonqolu hücumçu Çexiyanın “Dinamo” klubundan ayrılıb. Onun, tezliklə rəsmi müqaviləyə imza atması və TFF 1-ci liqa təmsilçisinin bu transferi rəsmən açıqlaması gözlənilir.
 
Delarj daha öncə də Türkiyədə çıxış edib. O, “Osmanlıspor” və “Bursaspor”un şərəfini qoruyub.
 
29 yaşlı futbolçu “Qarabağ”a da 2018-ci ilin yayında Bursadan gəlmişdi.