"Qarabağ"ın yay planı bilindi

"Qarabağ" komandasının yay təlim-məşq toplanışı planı məlum olub.

Sportline.az xəbər verir ki, Azərbaycan çempionu 18 iyun - 2 iyul tarixlərində Bakıda toplanışda olacaq.

Ardınca Avstriyaya yollanacaq komanda 16 iyula qədər bu ölkədə hazırlaşacaq. 

Qeyd edək ki, "Qarabağ"ın UEFA Çempionlar Liqasının II təsnifat mərhələsindəki rəqibi iyunun 18-də müəyyənləşəcək.

Bu mərhələnin ilk oyunları 22-23 iyul, cavab görüşləri 29-30 iyulda keçiriləcək.