Qarnaço "Çelsi"yə getmək istəyir

"Mançester Yunayted"in argentinalı futbolçusu Alexandro Qarnaço klubdan ayrılmaq istədiyini açıqlayıb.

Sportline.az "Sun Sport"a istinadən xəbər verir ki, Qarnaço "Çelsi"yə transfer olmaq niyyətindədir.

20 yaşlı futbolçu Premyer Liqada qalmaq istədiyindən, "Napoli"nin təklifini rədd edib.

Qeyd edək ki, A.Qarnaço ötən mövsüm bütün turnirlər daxil olmaqla çıxış etdiyi 58 matçda 11 qol 10 asistlə yadda qalıb.