Qarnaço ilə 3 İngiltərə klubu maraqlanır

"Mançester Yunayted"in argentinalı futbolçusu Alexandro Qarnaçonun bu yay klubdan ayrılacağı dəqiqləşib.

Sportline.az "Mail" nəşrinə istinadən xəbər verir ki, Qarnaço "Çelsi", "Aston Villa" və "Tottenhem"in maraq dairəsinə düşüb.

20 yaşlı futbolçunun klubla müqaviləsi 2028-ci ilin iyun ayına qədər nəzərdə tutulub.

Qeyd edək ki, Qarnaço ötən mövsüm meydana çıxdığı 58 matçda 11 qol 10 asistlə yadda qalıb.