Qarnaço İtaliyaya köçür
"Çelsi"nin futbolçusu Alexandro Qarnaço karyerasını İtaliya A Seriyasında davam etdirə bilər.
Sportline.az xəbər verir ki, "Roma" 22 yaşlı oyunçunu heyətinə qatmaq niyyətindədir.
Bu haqda "La Gazzetta dello Sport" nəşri məlumat yayıb.
Qeyd edək ki, A.Qarnaço dəyəri 28 milyon avrodur.