Qarnaço London klubuna transfer olmaq istəyir
"Çelsi" "Mançester Yunayted"in argentinalı futbolçusu Alexandro Qarnaçonu heyətinə qatmaq istəyir.
Sportline.az "Sun on Sunday" nəşrinə istinadən xəbər verir ki, 20 yaşlı futbolçu "Çelsi"yə transfer olmaq niyyətindədir.
Qarnaçonun transfer qiyməti 50 milyon avro olaraq qiymətləndirilir.
O, bu mövsüm meydana çıxdığı 58 matçda 11 qol 10 məhsuldar ötürmə müəllifi olub.