Qarnaço Londona köçür

"Mançester Yunayted"in argentinalı futbolçusu Alexandro Qarnaço karyerasını "Çelsi"də davam etdirməyə yaxındır.

Sportline.az "Chelsea Chronicle" nəşrinə istinadən xəbər verir ki, "Çelsi" bu keçid üçün qarşı tərəfə 50 milyon avro ödəməyə hazırdır.

20 yaşlı futbolçunun "Mançester Yunayted"lə müqaviləsi 2028-ci ilin iyun ayına qədər nəzərdə tutulub.

Qeyd edək ki, Qarnaço bu mövsüm bütün turnirlər daxil olmaqla çıxış etdiyi 56 matçda 11 qol 10 məhsuldar ötürmə müəllifi olub.