Qarnaço "Mançester Yunayted"dən ayrılacaq
"Mançester Yunayted"in rəhbərliyi argentinalı futbolçu Alexandro Qarnaçonu satmaq qərarına gəlib.
Sportline.az "İndependent" nəşrinə istinadən xəbər verir ki, İngiltərə klubu Qarnaçonu 70 milyon avro qarşılığında satmağa hazırdır.
20 yaşlı futbolçunun "Mançester Yunayted"lə müqaviləsi 2028-ci ilin iyun ayına qədər nəzərdə tutulub.
Qeyd edək ki, Qarnaço ötən mövsün meydana çıxdığı 58 matçda 11 qol 10 asistlə yadda qalıb.