Qarnaçonun transfer qiyməti bəlli olub
"Mançester Yunayted" argentinalı futbolçusu Alexandro Qarnaçonun transfer qiymətini açıqlayıb.
Sportline.az jurnalist Lauri Vitvellin məlumatına istinadən xəbər verir ki, 20 yaşlı futbolçu üçün "qırmızı şeytanlar" 70 milyon avro tələb edir.
Qarnaçonun "Mançester Yunayted"lə müqaviləsi 2028-ci ilin iyun ayına qədər nəzərdə tutulub.
Qeyd edək ki, Qarnaço ilə "Çelsi" və "Napoli" yaxından maraqlanır.