Qarnaçoya 3 klubdan təklif var

"Mançester Yunayted"in argentinalı futbolçusu Alexandro Qarnaçonun klubdan ayrılacağı dəqiqləşib.

Sportline.az "Todo Fichajes" nəşrinə istinadən xəbər verir ki, "Tottenhem", "Aston Villa" və "Çelsi" Qarnaço üçün təklif göndərib.

20 yaşlı futbolçu üçün "Mançester Yunayted"in rəhbərliyi ən azı 50 milyon avro tələb edir.

Qeyd edək ki, "Napoli" Qarnaçonu transfer etməkdən imtina edib.