Qattuzo İtaliya millisinin yeni baş məşqçisi olub

Cennaro Qattuzo İtaliyanın əsas futbol millisinin yeni baş məşqçisi təyin olunub.

Sportline.az xəbər verir ki, bu barədə rəsmi məlumatı İtaliya Futbol Federasiyası yayıb.

Qattuzo vəzifəsində Luçano Spallettini əvəzləyib. Federasiya bu dəyişikliklə uzunmüddətli yenidənqurma prosesinə start verib.

İtaliya futbolunun keçmiş yarımmüdafiəçisi olan Qattuzonun qarşısına ciddi vəzifə qoyulub — Azzurrini dünya çempionatına qaytarmaq. 

Qeyd edək ki, İtaliya millisi həm 2018, həm də 2022-ci illərdə dünya çempionatına vəsiqə qazana bilməmişdi.