Qaya "daşa rast gəldi"

İspaniya milli komandasının və “Valensiya”nın müdafiəçisi Xose Luis Qaya zədələnib.

Sportline.az xəbər verir ki, dabanından zədələnən 27 yaşlı futbolçu noyabrın 20-də başlanacaq dünya çempionatını buraxmaq təhlükəsi ilə üzləşib.

İspaniya millisinin tibbi heyəti onunla bağlı bu gün qərar verəcək.

Qaya DÇ-2022-də iştirak edə bilməsə, onu “Barselona”nın müdafiəçisi Alexandro Balde əvəzləyəcək.