Qələbədən sonra sevinməyən Ozanın bu fotosu diqqət çəkdi
Türkiyə Superiqasının 29-u turunda "Fənərbağça"nı 1:0 hesabıyla məğlub edən "Alanyaspor" nümayəndələri paltardəyişmə otağında qələbə fotosu çəkdiriblər.
Sportline.az xəbər verir ki, fotoda hər kəsin qələbəyə sevindiyi görünsə də, müqavilə ilə "Fənərbağça"ya məxsus olan Ozan Tufanın üz ifadəsi diqqət çəkib.
Mövsüm sonunda "Fənərbağça"ya qayıdacaq 24 yaşlı futbolçu oyundan sonra açıqlama verib: "Bu mövsümün belə keçdiyi üçün həm öz, həm də "Fənərbağça" adına kədərlənirəm. Gələn il Ərsun Yanalla toparlanaraq yaxşı işlər görəcəyik".
