Qələbəni bayram edən azarkeş dünyasını dəyişdi

"Atletik" klubunun sadiq fanatlarından olan Xerardo Flores əsl fanatlara xas şəkildə vəfat edib.

Sportline.az xəbər verir ki, o, sevimli komandasının İspaniya kubokundakı qələbəsini azarkeşlərlə qeyd edərkən dünyasını dəyişib.

Bu haqda "Marca" nəşri məlumat yayıb.

Bilbao klubu azarkeşin ölümü ilə bağlı başsağlığı verib. 

Xatırladaq ki, final matçında "Malyorka"ya penalti seriyasında qalib gələn "Atletik" İspaniya kubokunu muzeyinə aparıb.