"Sportinq"dən qələbəyə bərabər heç-heçə

Poruqaliya Çempionatında 33-cü turun mərkəzi matçı Lizbon derbisi ilə əlamətdar olub.

Sportline.az xəbər verir ki, "Benfika" öz meydanında "Sportinq"lə qarşılaşıb. Görüş bərabərliklə yekunlaşıb.

"Benfika" 1:1 "Sportinq"

Qollar: Fransisko Trinkao, 4, Kerem Aktürkoğlu, 63

Qeyd edək ki, "Sportinq" hazırda 79 xalla çempionata başçılıq edir. Eyni xala malik "Benfika" 2-ci pillədə yer alır. 

Son turda "Sportinq" evdə "Viktoiya Gimarayeş"lə, "Benfika" isə səfərdə "Braqa" ilə qarşılaşacaq.